"Olimpiakos"un futbolçusu Sokratis Papastatopulos Avropa Liqası qrup mərhələsinin dördüncü turunun "Qarabağ"la oyunundan sonra açıqlama verib.
Sportal.az xəbər verir ki, 34 yaşlı mərkəz müdafiəçisi 0:0 hesablı heç-heçənin ədalətli nəticə olduğunu qeyd edib:
"Bakıya qələbə qazanmaq üçün gəlmişdik. Yaxşı oynadığımız anlar oldu. Çətin bir dönəmdən keçirik və yenidən komanda qururuq. Müdafiədə daha etibarlı olmalı idik. Fasilədən sonra hakim oyunu tez-tez dayandırırdı. Yersiz bəzi vərəqələr verdi. Ümumilikdə, nəticənin ədalətli olduğunu düşünürəm".
saytlarin hazirlanmasi