"Nant"ın erməni futbolçusu "Qarabağ"a qarşı oynaya bilər

22:51 - 26 Oktyabr 2022

"Nant"ın Avropa Liqası qrup mərhələsi beşinci turunun "Qarabağ"la matçı üçün iştirak ərizəsi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Antuan Kombuare siyahıya 22 futbolçunun adını daxil edib. Fransa klubunun erməni əsilli yarımmüdafiəçisi Qor Manvelyanın da adı sifariş ərizəsinə daxil edilib.

 

Qeyd edək ki, "Nant" - "Qarabağ" qarşılaşması 27 oktyabr tarixində, Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

 

Resim

Xəbər xətti