"Nant" Avropa Liqası qrup mərhələsinin beşinci turu çərçivəsində doğma meydanda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Fransa klubunun baş məşqçisi Antuan Kombuare matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:
"Bu, sevincdən daha çox şeydir. Futbolçularımı müstəsna performanslarına görə təbrik edirəm. Təslim olmayan bir komandaya sahib olduğum üçün şanslıyam. Azarkeşlərimizin sayəsində futbolçularımızın etdiklərindən ləzzət almalıyıq.
Futbolda ayıq və təvazökar olmaq lazımdır. Biz hələ qara zolaqdan tam çıxmamışıq. Mənim üçün yaxşı nəticə ardıcıl 5-6 oyunda qələbə qazanmaqdır. Artıq 3 belə matçımız var. Deməli, nəsə başlayır, başımızı sudan çıxarırıq. İnanıram ki, “Qarabağ” üzərində qələbə dönüş nöqtəsi olacaq”.
Alban Lyafonun seyvləri var idi və biz "Qarabağ"ın müdafiəsini sındırmağı fikirləşirdik. Həmçinin İqnatius Qanaqonun qolu, daha əvvəl rəqib qapıçının oyunçumuza ötürməsini qeyd etməliyik. Bu istiqamətdə irəliləməyə davam etmək lazımdır".