"Nant"ın futbolçusu: "Qarabağ"a qarşı mübarizə aparmaq çətindir"

10:51 - 28 Oktyabr 2022

"Nant"ın futbolçusu Pedro Çirivelya Avropa Liqası qrup mərhələsinin "Qarabağ"la matçından (2:1) sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəıçi Azərbaycan klubuna qarşı oynamağın çətin olduğunu bildirib:

 

"Sonadək təslim olmadıq və layiqli qələbə qazandıq. "Qarabağ" çox yaxşı komandadır. Onlara qarşı mübarizə aparmaq çətindir. Topla oynamağı sevirlər və fiziki cəhətdən də güclüdürlər. Son dəqiqələrdə çox yorğun olsam da, qol vuranda sevincimdən dəli kimi qaçdım. Fevralda avrokubok həyəcanını yenidən yaşamaq istəyirik".

Xəbər xətti