"Nant"ın yarımmüdafiəçisi: "Qrupdan çıxmağa çalışacağıq"

13:18 - 28 Oktyabr 2022

"Nant"ın futbolçusu Lüdovik Blas Avropa Liqası qrup mərhələsinin "Qarabağ"la matçından (2:1) sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı kolumbilalı yarımmüdafiəçi məqsədlərinin qrupdan çıxmaq olduğunu deyib:

 

"Oyuna motivasiyalı başladıq. Qoldan əvvəl top məndə idi. Özüm getmək əvəzinə İqnatius Qanaqoya ötürmə etdim. Məhsuldar ötürmə olacağını düşünmürdüm. Qanaqo gələndən bəri çox çalışır. Bu, onun əziyyətinin mükafatıdır. Əsas hədəfimiz irəli getməkdir. Qrupdan çıxmağa çalışacağıq".

Xəbər xətti