Şahruddin 4-cü oldu - FOTO

18:58 - 31 Oktyabr 2022

Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun matçlarında ən çox qurtarış edən qapıçılar açıqlanıb.


Sportal.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, siyahıda "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev də var. 28 yaşlı "əlcək sahibi" "Nant"la görüşdə 6 "seyv" edib.


5-ci turda "Şerif"in qolkiperi Maksim Koval və "Olimpiakos"dan Aleksandros Paxalakis 7 qurtarışla həftənin lideri olub. "Nant"ın çərçivə qoruyucusu Alfons Lafon da 6 dəfə komandasını qoldan xilas edib.


Qeyd edək ki, "Qarabağ" 5-ci turda səfərdə "Nant"a 1:2 hesabı ilə məğlub olub.

 

Resim

Xəbər xətti