"Frayburq" Bakıya itkilərlə gəlir

15:56 - 2 Noyabr 2022

"Frayburq" Avropa Liqası qrup mərhələsinin 6-cı turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Almaniya klubu Bakıya ciddi itkilərlə gəlir. Müdafiəçi Manuel Qulde və yarımmüdafiəçilər Merlin Röllə Conatan Şmid zədə səbəbindən "Qarabağ"a qarşı oynamayacaq. Bu barədə baş məşqçi Kristian Ştrayx məlumat verib.

 

Qeyd edək ki, "Qarabağ" -  "Frayburq" qarşılaşması sabah saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti