"Frayburq" Bakıya yola düşdü - FOTO

16:52 - 2 Noyabr 2022

"Frayburq" Avropa Liqası qrup mərhələsinin son turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Almaniya təmsilçisi bu görüş üçün Bakıya yola düşüb. Bu barədə klubun tvitter səhifəsi paylaşım edib.

 

Komanda bu gün saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda oyunöncəsi son məşqini həyata keçirəcək.

 

Qeyd edək ki, "Qarabağ" - "Frayburq" qarşılaşması sabah saat 21:45-də start götürəcək.

 

Resim

 

Resim

 

Resim

Xəbər xətti