"Frayburq"un hücumçusu: "Heç-heçə ədalətli nəticədir"

14:40 - 4 Noyabr 2022

"Frayburq"un futbolçusu Nils Petersen Avropa Liqası qrup mərhələsinin "Qarabağ"la matçından (1:1) sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Almaniya mətbuatına danışan 33 yaşlı forvard heç-heçəni ədalətli nəticə adlandırıb:

 

"Qarabağ" layiqli oyun göstərdi. Heç-heçə ədalətli nəticədir. Heyətdə xeyli rotasiya etmişdik. Əslində, hər şeyin belə olacağını əvvəldən bilirdik. Bəlkə da oyundan öncə 1 xal qazanacağımızı desəydilər, dərhal razılaşardıq".

 

Qeyd edək ki, Nils Petersen "Qarabağ"la görüşdə 90 dəqiqə meydanda olub. O, 25-ci dəqiqədə penaltidən fərqlənib.

Xəbər xətti