Avroliqada həftənin ən yaxısı açıqlandı

19:10 - 4 Noyabr 2022

Avropa Liqasında qrup mərhələsinin sonuncu - 6-cı turunun ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, həftənin ən yaxşısı adına "Monako"nun hücumçusu Kevin Vollan layiq görülüb. Bu barədə turnirin rəsmi tvitter səhifəsi məlumat yayıb.

 

30 yaşlı forvard azarkeşlər arasında keçirilən səsvermədə Betis”dən Aitor Ruibal, “Midtülland”dan Anders Dreyer və “Roma”dan Lorentso Pelleqrinini qabaqlayıb.

 

Qeyd edək ki, Kevin Vollan "Monako"nun "Srvena Zvezda"nı 4:1 hesabı ilə məğlub etdiyi matçda 3 qol vurub.

Xəbər xətti