Kriştiano Ronaldo: "Hədəflərimizə çatmağa davam edirik"

21:54 - 4 Noyabr 2022

"Mançester Yunayted"in ulduz futbolçusu Kriştiano Ronaldo Avropa Liqası qrup mərhələsinin sonuncu turunun "Real Sosyedad"la matçından sonra fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı hücumçu sosial şəbəkə hesabında etdiyi paylaşımda azarkeşlərə təşəkkür edib:

 

"Biz irəliləyirik və bu mövsüm hədəflərimizə çatmağa davam edirik! Bizi heç vaxt tərk etməyən azarkeşlərimizə təşəkkür edirik!".

 

Qeyd edək ki, Kriştiano Ronaldo "Mançester Yunayted"in "Real Sosyedad"ı 1:0 hesabı ilə məğlub etdiyi matçda 90 dəqiqə meydanda olub. Portuqaliyalı futbolçu görüşdə vurulan yeganə qolun məhsuldar ötürməsisni edib.

Xəbər xətti