"Qarabağ" - "Frayburq" matçı 6-cı oldu

11:30 - 5 Noyabr 2022

Avropa Liqası qrup mərhələsinin son turunda ən çox azarkeşin stadiondan izlədiyi matçlar bəlli olub.

 

Sportal.az xəbər verir ki, 16 matçı ümumilikdə 370000-dən çox tamaşaçı tribunadan izləyib.

 

Ən çox azarkeşin qeydə alındığı qarşılaşma "Roma" və "Ludoqorets" arasında baş tutub. Roma Olimpiya Stadionunda 60 807 tamaşaçı yer alıb.

 

"Qarabağ"ın "Frayburq"u qəbul etdiyi görüş isə 6-cı sırada yer alıb. Bu oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda 30 430 azarkeş izləyib.

 

Qeyd edək ki, "Qarabağ" - "Frayburq" matçı 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Xəbər xətti