Millinin baş məşqçisi istefa verdi

12:48 - 3 Dekabr 2022

Dünya çempionatında mübarizəni dayandıran Qana milli komandasında baş məşqçi istefası gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, Otto Oddo Afrika təmsilçisində tutduğu postdan ayrılıb.47 yaşlı mütəxəssisin istefası qəbul olunub. 

 

Otto Oddo Dortmund "Borussiya"sında köməkçi məşqçi vəzifəsini icra etməyə davam edəcək.

 

Qeyd edək ki, qanalı mütəxəssis bu ilin fevral ayından milli komandanı çalışdırırdı. Yığma onun rəhbərliyi altında DÇ-2022-nin H qrupunu 3 xalla 4-cü pillədə başa vurub.

Xəbər xətti