Azərbaycan Kubokunda son 6 mövsümün rekordu qeydə alındı

12:54 - 10 Dekabr 2022

Azərbaycan kubokunda 1/4 finalın ilk oyunlarında 13 qol vurulub.

 

Sportal.az xəbər verir ki, bu, son 6 mövsümün rekordudur.

 

1/4 finalın ilk matçlarında daha çox qolun vurulmasına sonuncu dəfə 2016/17 mövsümündə təsadüf olunub. Həmin vaxt 4 görüşdə 14 qol vurulub. Bu qarşılaşmalar üçün mütləq rekord 2006/07 mövsümündə qeydə alınıb. 1/4 finalın 2007-ci ildə baş tutan ilk oyunlarında 17 qol vurulub.

 

Qeyd edək ki, ötən mövsüm bu rəqəm 8-ə bərabər olub.

Xəbər xətti