"Turan Tovuz" "Şamaxı" ilə matça ciddi itki ilə çıxacaq

12:24 - 1 Fevral 2023

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində səfərdə "Şamaxı"nın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi bu görüşə ciddi itki ilə çıxacaq. Mövsüm ərzində dördüncü dəfə sarı vərəqə görə Natan Oduva cəza səbəbindən Şamaxıda komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Şamaxı" - "Turan Tovuz" qarşılaşması 6 fevral tarixində, saat 14:00-da Şamaxı Şəhər Stadionunda baş tutacaq.

Xəbər xətti