Türkiyə millisinin 2 üzvü zəlzələdə həlak oldu

11:12 - 8 Fevral 2023

Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin arasında idmançılar da var.

 

Sportal.az xəbər verir ki, voleybol üzrə Türkiyə millisinin üzvləri Mehmet Can Ağırbaş və Emincan Kocabaş həlak olublar. "Malatya Büyükşehir Belediyespor"da çıxış edən idmançıların cansız bədənləri qaldıqları otelin dağıntılarının altından çıxarılıb.

 

Qeyd edək ki, Türkiyənin bir neçə şəhərində baş vermiş zəlzələ nəticəsində ümumilikdə 6000-dən çox insan düyasını dəyişib.

Xəbər xətti