Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, həftənin ən yaxşısı adına "Mançester Yunayted"in hücumçusu Markus Reşford layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
İngiltərəli hücumçu azarkeşlər arasında keçirilən sorğuda Monako"dan Aksel Disasi, "Sevilya"dan Lukas Okampos və "Şaxtyor"dan (Donetsk) Dmitri Krıskivi qabaqlayıb.
Qeyd edək ki, Markus Reşford "Mançester Yunayted"in səfərdə "Barselona" ilə 2:2 hesablı heç-heçə etdiyi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi