Xavi: "Qvardiola sözün əsl mənasında dahidir"

20:41 - 22 Fevral 2023

"Barselona" sabah Avropa Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində "Mançester Yunayted"in qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 43 yaşlı mütəxəssis hazırda "Mançester Siti"ni çalışdıran Pep Qvardiola haqda fikirlərini bildirib:

 

"Erik ten Haaq yaxşı baş məşqçidir. Onu həqiqətən bəyənirəm. Yaxşı komanda qurub və oyunçulardan ən yaxşı şəkildə yararlanır. Əcnəbi baş məşqçilərin İngiltərə Premyer Liqasına keyfiyyət qatdıqlarını düşünürəm. Pep Qvardiola böyük fərqlə ən yaxşıdır. Mənim də məşqçim olub. Mən də daxil olmaqla bütün baş məşqçilərlə arasında çox böyük fərq var. Pep sözün əsl mənasında dahidir".

 

Qeyd edək ki, "Mançester Yunayted" - "Barselona" qarşılaşması sabah Bakı vaxtilə saat 00:00-da "Old Trafford"da baş tutacaq.

Xəbər xətti