"Yaxşı oyun oldu. Matça yaxşı başladıq. Başlanğıcda daha çox aqressiv olmalıydıq. Necə hazırlaşmışdıqsa, nə etmək istəyirdiksə, yerinə yetirdik. Oyunçularımı təbrik edirəm".
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 25-ci turunun "Turan Tovuz"la(4:0) matçından sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.
- Bu gün 4:0 hesabı ilə qalib gəldiniz. Bir aydan sonra onlarla kubokda qarşılaşacaqsız. Futbolçularda arxayınçılıq yarana bilər?
- Yox, belə olmayacaq. Biz gücümüzü ortaya qoyduq. Biz ora gedəndə rahat, asan oyun olacağını, döyüşmək lazım gəlməyəcəyini düşünməli deyilik. Hamı bilir ki, kubok matçıdır, fərqli olacaq. Kubokun ilk matçına hələ çox var. Ona görə də, qarşıdan gələn matçlara köklənməliyik.
- Azər Əliyevi hansı mövqedə görəcəyik?
- Lebon vingerdir. Vinger cərimə meydançasına daxil olduqdan sonra, sol cinah müdafiəçisinin irəliyə getməsi normaldır. Son oyunlarda futbolçuları öz mövqeyində oynatmağa çalışırıq. Heyətə baxdıqda, zədəli oyunçularımız yox idi. Ona görə də, bir neçə matçda eyni heyətlə oynamaq şansımız yaranmışdı. Məşqlərdə də, yaxşı oyunçularımızın iştirak etməsinə görə, səviyyə artmaqdadır. Sevinirəm ki, Sezar Meza Kolli qayıtdı, qolunu vurdu. Eddi də bizimlədi, oynayır. Top Kenni Sayef, Mateus Saldanya, Kilan Lebonda olanda rəqib üçün təhlükədir. Emin yenidən qol vurmağa başladı. Oyunumuz yaxşılığa doğru gedir.
Azər Əliyevə gəlincə, o, bu gün yarımmüdafiəçi kimi oynadı. Çünki bu mövqedə oynamağaı bacarır.
- Emin Mahmudovun formasını tam bərpa etdiyini söyləyə bilərik?
- Eminin problemləri barədə sizə danışmışdı. O, təlim-məşq toplanışında zədələnmişdi, xüsusi müalicə almalıydı. Məşq də etmirdi. Ona görə də, performansında eniş var idi, əvvəlki kimi görünmürdü. Amma son zamanlar məşqləri və oyunları ağrısız keçir. Belədə, real Emini görmüş olursuz.
- Ancaq onun müqavilə məsələsinə görə əhvalının yerində olmadığı iddia edilirdi. Gedən söz-söhbətlərə məşqçi kimi mövqeyiniz necədir?
- Siz onun qardaşısız? Ailə üzvüsüz? Bəzi şeylər elə əminliklə deyirsiz ki. Biz burada gəzən söz-söhblətlər danışmalı deyilik. Gəlin, reallıqlar, rəsmi məsələlər haqda danışaq. Bəlkə də, doğru deyirsiz. Danışıq futbolçu və “Neftçi” arasında gedir. Sizi əmin edə bilərəm ki, Emin komandada qalmaq istəyir. Onun “Neftçi”də qalması böyük arzum və istəyimdir. O, peşəkar futbolçudur. Karyerası ərzində bu cür anlarla çox rastlaşıb. Bu haqda çox danışmamalıyıq. Hər gün futbolçularımla birlikdəyəm, onlarla keçirdiyim vaxtdan zövq alıram. Ümid edirəm ki, Emin həm mən, həm də komanda üçün yeni müqavilə imzalayar. Amma nə olacağını bilmirik. Futbolda hər şey baş verə bilər. Ona görə futbol mükəmməldir. Fanatlar başa düşməlidir. Eminin üzərində bu qədər təzyiq yaratmaq lazım deyil. O, həm özü, həm də ailəsi üçün ən yaxşı qərarı seçmiş olacaq. Necə ki, biz də, bunu edirik.
- “Bakcell Arena”da ardıcıl beşinci qələbəniz oldu. Bunun xüsusiliyi var?
- Bu, bizim üçün pozitiv haldır. Oyunlar haqda danışanda, qol vuranları, hücumda kimin necə iştirak etməsi barədə danışılır. Amma daha da vacib olan amil odur ki, qapımızda qol buraxmırıq. Bu, çox vacibdir. Çünki bu, sənə inam və qol vurmaq üçün şanslar verir. Ona görə də, xoşbəxtəm və sevinirəm ki, “Bakcell Arena”dakı oyunlarda qol buraxmırıq. Ancaq məşqlərdə bunun üzərində çox çalışırıq.
- Vato Arveladze haqda nə düşünürsüz?
- Vatoya ümidim böyükdür. Son zamanlar topla onun kimi rahat hərəkət edən oyunçu görməmişəm. Öz mövqeyi uğrunda daha çox mübarizə aparmalı olduğunu dərk etsə...İndikindən daha çoxunu etməlidir. Vato mükəmməl oyunçu ola bilər. Keyfiyyətə, xarakterə malikdir. Son 2-3 ilə nəzər yetirsək, çox vaxtı zədəli olub. Ona görə, vaxta ehtiyacı var.
Mirbağırağa