AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, Misli Premyer Liqasının 25-ci turunda baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:
Misli Premyer Liqasının XXV turunun “Zirə” - “Şamaxı” oyununda “Zirə” klubu günün planı tələblərini pozduğuna görə 800 manat cəzalandırılsın. (maddə 84).
Misli Premyer Liqasının XXV turunun “Səbail” – “Sumqayıt” oyununda “Səbail” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələrin işlənməsinə görə “Səbail” klubu 4000 manat cəzalandırılsın. (maddə 41.7).
Misli Premyer Liqasının XXV turunun “Səbail” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun nümayəndəsinin iclasa gecikməsinə görə “Sumqayıt” klubu 800 manat cəzalandırılsın. (maddə 62.1).
Misli Premyer Liqasının XXV turunun “Səbail” – “Sumqayıt” oyununda “Səbail” klubunun 23 nömrəli oyunçusu Qustavo de Fransa rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun kənarlaşdırılsın, klub 200 manat cəzalandırılsın. (maddə 47.2).
Misli Premyer Liqasının XXV turunun “Sabah” – “Kəpəz” oyununda “Sabah” klubunun futbolçusu Anatoli Nuriyev oyunda ikinci sarı vərəq alaraq meydandan kənarlaşdırıldığına görə 1 oyun kənarlaşdırılsın, klub 200 manat cəzalandırılsın. (maddə 47.2).
Misli Premyer Liqasının XXV turunun “Sabah” – “Kəpəz” oyununda “Kəpəz” klubunun futbolçusu Abdullahi Şuaybu ciddi qayda pozuntusu edərək birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun kənarlaşdırılsın, klub 1600 manat cəzalandırılsın. (maddə 36.1).
Misli Premyer Liqasının XXV turunun “Sabah” – “Kəpəz” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən oyunun hakimlərinin kütləvi təhqir edilməsinə görə klub 4000 manat cəzalandırılsın (maddə 41.7).
Misli Premyer Liqasının XXV turunun “Qəbələ” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39).

"Kəpəz" və "Səbail" azarkeşlərinə görə cərimələndi
Oxşar xəbərlər
Müsahibə
"Ronaldosuz milli komanda hamımız üçün yeni bir mərhələ olacaq"
Müsahibə
“Bavariya” olmasaydı, “Qızıl top”u qazana bilməzdim - Keyn
Müsahibə
I Liqa klubu Xankəndiyə köçməyi planlaşdırır
Müsahibə
"Mançester Siti"nin müdafiəçisi zədəyə görə millidən kənarda qaldı
Müsahibə
"AVRO-2028-ə vəsiqə uğrunda pley-off şansımızın da olması əlavə motivasiyadır" - Rüfət Abdullazadə
Müsahibə
Rikardo Fernandes: "Sabah"dan xal ala bilərik"
Müsahibə
Yuri Vernidub: "Qorxulu bir şey yoxdur"
Müsahibə
