"Sevilya"nın baş məşqçi postunda dəyişiklik ola bilər.
Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, komandanın çalışdırıcısı Xorxe Sampaolinin uğursuz nəticələrə görə vəzifəsindən ayrılmaq ehtimalı yüksəkdir.
Hətta argentinalı mütəxəssisin bəzi futbolçularla problemi olduğu iddia edilir.
Xatırladaq ki, "Sevilya" son turda səfərdə "Atletiko"ya 1:6 hesabı ilə uduzmuşdu. 62 yaşlı mütəxəssis 2022-ci il oktyabrın 6-dan Əndəlusiya klubunu çalışdırır.