FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Sportal.az xəbər verir ki, UEFA Avropa Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində martın 9-da Moldovada keçiriləcək “Şerif” (Moldova) – “Nitsa” (Fransa) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
saytlarin hazirlanmasi