"Ofisi İsveçrədə yerləşən FİFA milyardlar oğurlayıb. Avropanın mərkəzi olsa da, heç kim onlara nəzarət belə etməyib".
Sportal.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, bunu "Napoli"nin prezidenti Aurelio De Laurentis deyib.
İtaliyalı futbol adamının fikrincə, ali futbol qurumunun etdiklərini bu cür şərh edib: "Siz onların son illərdə etdikləri barədə hazırlanmış filmə baxmısınız? Onlar İsveçrədə ola-ola milyardlar oğurlayıblar. Lakin nəzarət olmayıb. Həqiqətən də, çox qəribədir".
İsveçrənin Bellinzona şəhər məhkəməsi FİFA-nın keçmiş prezidenti Yozef Blatterə və UEFA-nın keçmiş rəhbəri Mişel Platiniyə dələduzluq işi üzrə bəraət verib.