"Yuventus"un hücumçusu Moyze Kinin cəzası bəlli olub.
Sportal.az "L`Équipe"ə istinadən xəbər verir ki, A seriyasının 25-ci turunun “Roma” (1:0) ilə matçında meydandan qovulmuş forvard "qoca sinyora"ya qarşıdakı iki çempionat matçında kömək edə bilməyəcək.
Forvard paytaxtda keçirilən görüşdə meydana daxil olduqdan cəmi 40 saniyə sonra qarşısında qırmızı vərəqə görmüşdü.
Buna səbəb isə Moyzenin mübarizə zamanı "Roma"nın müdafiəçisi Canluka Mançiniyə təpik atması olub.
saytlarin hazirlanmasi