"Kuban"ın futbolçusu "Neftçi"yə keçə bilər

20:00 - 7 Mart 2023

"Kuban"ın yetirməsi olan Sadiq Bağıyev karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportal.az saytına verilən məlumata görə, gənc yarımmüdafiəçiyə "Neftçi" maraq göstərir.

Belə ki, "ağ-qaralar" onu yayda heyətinə qatmaq niyyətindədir. Hazırda Rusiya klubunun əvəzedici heyətində aparıcı oyunçulardan olan Bağıyevin "Neftçi"yə keçib-keçməyəcəyi yayda dəqiqləşəcək.

Əlavə edək ki, "Kuban"ın futbol akademiyasının yetirməsi olan Bağıyev Azərbaycanın U-19 yığmasına da cəlb edilmişdi. 

Xəbər xətti