"Barselona"nın prezidenti Joan Laporta hakimlərin Kataloniya klubuna kömək etməsi ilə bağlı ittihamlara münasibət bildirib.
Sportal.az xəbər verir ki, "Football Espana"ya danışan Kataloniya təmsilçisinin rəhbəri məsələ haqda bu cür danışıb: "Hər kəsə aydın olsun ki, "Barselona" heç vaxt hakimlərə rüşvət verməyib və bu cür niyyətimiz olmayıb. Qətiyyən. Faktlar tarixi dəyişdirməyə çalışanlarla ziddiyyət təşkil edir".
Daha əvvəl "Barselona"nın İspaniyanın Futbol Federasiyasının hakimlər departamentinin keçmiş rəhbəri Enrikes Neqreyraya rüşvət verməsi ilə bağlı xəbərlər yayılmışdı. Klub isə yayılan xəbərləri təkzib etmişdi.
Adıçəkilən klub 24 oyundan sonra 62 xal toplayaraq Primeroda turnir cədvəlinə başçılıq edir. Onlar "Real"ı 9 xal qabaqlayır.
saytlarin hazirlanmasi