Jorje Jesus: "Avropa Liqasında final oynamağın xəyalını qururam"

12:29 - 8 Mart 2023

"Fənərbaxça" Avropa Liqası 1/8 final mərhələsinin ilk matçında səfərdə "Sevilya"nın qonağı olacaq.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Jorje Jezus matçdan öncə keçirilən mətbuat konfransında açıqlama verib. Portuqaliyalı mütəxəssis turnirdə finala çıxmaq istədiklərini bildirib:

"Güclü komandaya qarşı oynayacağıq. Son illərdə 4 dəfə bu turnirin qalibi olublar. Heyətlərində son dünya çempionu olan Argentinadan 3 futbolçu var. Biz də öz gücümüzü bilirk. Cütün taliyi 2 matçdan sonra həll olunacaq. Ümid edirəm ki, ilk matçda sərfəli nəticə əldə edib, İstanbulda 1/4 finala yüksələcəyik.

Avropa Liqasında üçüncü dəfə final oynamağın xəyalını qururam. Məğlub olduğum finallardan biri "Sevilya"ya qarşı idi. Bu səviyyədə bir turnirdə hər şey ola bilər. "Sevilya"nı keçə bilsək, 1/4 finala çıxacağıq. Əgər püşk üzümüzə gülsə, hər şey ol bilər. Favorit deyilik, amma addım-addım şansımızı artıra bilərik".

Xəbər xətti