Türkiyədə baş vermiş zəlzələyə görə Super Liqada iştirakını dayandıran "Hatayspor"un baş məşqçisi Volkan Demirel başqa klubu çalışdıra bilər.
Sportal.az xəbər verir ki, "Ankaragücü" 41 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. Paytaxt təmsilçisi Volkanla görüşərək ona rəsmi təklif göndərəcək.
Qeyd edək ki, "Ankaragücü" ötən ay Ömər Ərdoğanı istefaya göndərib. Hazırda komandanı bir müddət əvvəl futbolçu karyerasını bitirən Sedat Ağçay çalışdırır.
saytlarin hazirlanmasi