"Qəbələ"nin legioneri "Qarabağ"la matç haqda: "İstədiyimiz nəticə deyildi"

18:37 - 8 Mart 2023

"Qəbələ"nin yarımmüdafiəçisi İsnik Alimi instaqram hesabında "Qarabağ"la matçdan sonra paylaşım edib.

Sportal.az xəbər verir ki, şimali makedoniyalı legioner Premyer Liqanın 25-ci turunun "Qarabağ"la (1:3) matçında istədikləri nəticəni əldə etmədiklərini yazıb:

"İstədiyimiz nəticə deyildi. Ancaq mən komandamla fəxr edirəm".

"Qəbələ" martın 11-də Premyer Liqanın 26-cı turunda "Turan Tovuz"un qonağı olacaq.

Xəbər xətti