"Brügge" Çempionlar Liqasından kənarda qaldıqdan sonra baş məşqçisi Skott Parkeri istefaya göndərib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Belçikan klubunun rəhbərliyi "Benfika"ya 1:5 hesablı məğlubiyyətdən sonra onunla görüş keçirib və yollarını ayırmağa qərar verdiklərini özünə çatdırıblar.
Klubun ölkə çempionatındakı uğursuz çıxışları da buna səbəb olub. “Brügge”yə bundan sonra kimin rəhbərlik edəcəyi hələ ki, dəqiq deyil.
saytlarin hazirlanmasi