Konfrans Liqası: "Sivasspor" "Fiorentina"ya qarşı, "Başakşehir" Belçika səfərində

11:19 - 9 Mart 2023

Bu gün Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçları oynanılacaq. 

Sportal.az xəbər verir ki, turnirin favoritlərindən olan "Vest Hem" Kiprdə AEK-lə qarşılaşacaq. "Başakşehir" pley-off mərhələsində "Qarabağ"ı uzaqlaşdıran "Gent"lə üz-üzə gələcək. 

"Fiorentina" "Sivasspor"la, "Vilyarreal" isə "Anderlext"lə qarşılaşacaq. 

UEFA Konfrans Liqası

1/8 final, ilk oyunlar

9 mart

21:45 AEK (Larnaka, Kipr) - "Vest Hem" (İngiltərə)

21:45 "Anderlext" (Belçika) - "Vilyarreal" (İspaniya)

21:45 “Şerif” (Moldova) - "Nitsa" (Fransa)

00:00 "Lex" (Polşa) - "Yurqarden" (İsveç)

00:00 “Gent” (Belçika) - “Başakşəhər” (Türkiyə)

00:00 "Fiorentina" (İtaliya) - "Sivasspor" (Türkiyə)

00:00 "Bazel" (İsveçrə) - "Slovan" (Slovakiya)

Xatırladaq ki, iki gün öncə "Latsio" "AZ Alkmaar"a 1:2 uduzub.

Xəbər xətti