Konfrans Liqası: Ən yaxşı adına dörd namizəd

10:19 - 10 Mart 2023

Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçlarının ardından həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. 

Sportal.az xəbər verir ki, namizədlər arasında "Vest Hem"dən Mikael Antonio, "AZ Alkmaar"dan Yesper Karllson, "Slovan"dan Vladimir Vays və "Lex"dən Antonio Miliçin adı var.

Qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində məlum olacaq.

Xəbər xətti