"Betis"in baş məşqçisi Manuel Pelleqrini Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Mançester Yunayted"ə 1:4 hesabı ilə məğlubiyyəti şərh edib.
Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan çilili mütəxəssis matçın taleyinin 5 dəqiqəyə həll olunduğunu bildirib:
"İlk hissədə yaxşı mübarizə apardıq. Antoni heyrətamiz qol vurdu. Küncdən zərbəsindən sonra buraxılan üçüncü qol isə bütün intriqanı məhv etdi. Bu matçın taleyi həmin beş dəqiqədə həll olundu. "Mançester Yunayted" matçın sonuna doğru daha yaxşı oynadı və bir neçə qol da vurmağa yaxın oldu. İlk hissə eyni səviyyədə keçdi. Lakin ikinci hissədə buraxılan iki qol bizi tamamilə məhv etdi".
saytlarin hazirlanmasi