"Fənərbaxça" Avropa Liqası 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində doğma meydanda "Sevilya"nı qəbul edəcək.
Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər" bu qarşılaşmaya ciddi itki ilə çıxacaq. İspaniyada baş tutan ilk matçın 82-ci dəqiqəsində zədələnərək meydanı tərk edən Linkoln Enrike cavab oyununda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Fənərbaxça" - "Sevilya" qarşılaşması 16 mart tarixində Bakı vaxtilə saat 21:45-də "Şükrü Saracoğlu Stadionu"nda baş tutacaq.
saytlarin hazirlanmasi