Bu gün UEFA Avropa Liqasında mövsümün sonuncu püşkü atılıb.
Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 1/4 və yarımfinal cütlükləri bəlli olub.
Bununla yanaşı, final görüşündə hansı komandanın nominal meydan sahibi olacağı aydınlaşıb.
1/4 final mərhələsinin ilk matçları aprelin 13-17-də, yarımfinal qarşılaşmaları isə 11-18 may tarixində keçiriləcək.
Final isə mayın 31-də, Budapeştdəki "Puşkaş Arena"da oynanılacaq.
UEFA Avropa Liqası
1/4 final mərhələsi
“Mançester Yunayted” (İngiltərə) - “Sevilya” (İspaniya)
“Yuventus” (İtaliya) - “Sportinq” (Portuqaliya)
“Bayer” (Almaniya) - “Union” (Belçika)
“Feyenoord” (Niderland) - “Roma” (İtaliya)
Yarımfinal
1. “Yuventus” (İtaliya)/“Sportinq” (Portuqaliya) cütünün qalibi - “Mançester Yunayted” (İngiltərə)/“Sevilya” (İspaniya) cütünün qalibi
2. “Feyenoord” (Niderland)/“Roma” (İtaliya) cütünün qalibi - “Bayer” (Almaniya)/“Union” (Belçika) cütünün qalibi
Final
1-ci cütün qalibi - 2-ci cütün qalibi
saytlarin hazirlanmasi