"Ən yaxşı futbolumuzu göstərə bilmədik"

12:21 - 17 Mart 2023

"Arsenal"ın kapitanı Martin Odeqard komandanın Avropa Liqasını tərk etməsinə münasibət bildirib.

Sportal.az xəbər verir ki, “BBC”ə danışan norveçli komandasının 1/8 finalda "Sportinq"ə penaltilər seriyasında uduzaraq avrokuboklardakı iştirakını dayandırması haqda belə danışıb:

"Düşünürəm ki, oyunun bəzi hissələrində kifayət qədər yaxşı oynayırdıq və nəticə əldə edirdik. Lakin oyunun çox hissəsində lazım olan səviyyədə olmadıq. Ən yaxşı futbolumuzu göstərə bilmədik. Gərgin oyun idi, hər şey istənilən komandanın xeyrinə ola bilərdi. Turnirdən uzaqlaşmaq bizim üçün ağır zərbədir. Amma indi biz çempionatı səbirsizliklə gözləyirik, indi edə biləcəyimiz tək şey budur. Birlikdə qalib gəlirik və uduzuruq. Qalib gələndə hamı sevinir, uduzduğumuzda isə ayağa qalxmalıyıq".
 

Xəbər xətti