UEFA Konfrans Liqasında püşkatma mərasimi baş tutub.
Sportal.az xəbər verir ki, Nyonda keçirilmiş tədbirdə 1/4 və yarımfinal cütlükləri, həmçinin, final matçının nominal meydan sahibi bəlli olub.
1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq.
Final matçı iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək.
UEFA Konfrans Liqası
1/4 final
“Lex” (Polşa) - “Fiorentina” (İtaliya)
“Gent” (Belçika) - “Vest Hem” (İngiltərə)
“AZ Alkmaar” - “Anderlext” (Belçika)
“Bazel” (İsveçrə) - “Nitsa” (Fransa)
Yarımfinal
“Lex” (Polşa)/“Fiorentina” (İtaliya) cütünün qalibi - “Bazel” (İsveçrə)/“Nitsa” (Fransa) cütünün qalibi
“Gent” (Belçika)/“Vest Hem” (İngiltərə) cütünün qalibi - “AZ Alkmaar”/“Anderlext” (Belçika) cütünün qalibi
Final
1-ci cütün qalibi – 2-ci cütün qalibi
saytlarin hazirlanmasi