"Mançester Yunayted"in hücumçusu Markus Reşford Avropa Liqasının 1/8 final mərhələsinin "Betis"lə cavab oyununda (1:0) fərqlənərək komandasına qələbə qazandırıb.
Sportal.az xəbər verir ki, bununla da, ingilis hücumçu avrokuboklarda 25-ci qolunu vurmuş olub.
Beləliklə, futbolçu bu göstəricidə Kriştianu Ronaldonu keçib və “Mançester Yunayted”in avrokuboklardakı altıncı bombardiri sırasına yüksəlib.
Siyahıya 39 qolla Ueyn Runi başçılıq edir.
saytlarin hazirlanmasi