"Fənərbaxça"nın gənc ulduzu Fransa klubuna keçə bilər

17:55 - 19 Mart 2023

"Fənərbaxça"nın futbolçusu Arda Güler karyerasını Fransada davam etdirə bilər.

Sportal.az "La Gazetta Express"ə istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçini "Marsel" transfer etmək istəyir. Gənc istedadın atası Liqa 1 təmsilçisi ilə danışıqlar aparmaq üçün Fransaya yollanıb.

Qeyd edək ki, "Fənərbaxça" Arda Güleri 2019-cu ilin fevral ayında "Genclerbirliyi"nin akademiyasından heyətinə cəlb edib. Türkiyə millisinin üzvə cari mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti