AVRO-2024-də seçmə mərhələ başlayır: İtaliya İngiltərəyə qarşı

10:34 - 23 Mart 2023

Bu gün AVRO-2024-ün seçmə mərhələsi start götürür. 

Sportal.az xəbər verir ki, H, C və J qrupunun matçları keçiriləcək. Qrup oyunlarına Qazaxıstanda start veriləcək. Belə ki, yerli komanda Sloveniya ilə üz-üzə gələcək.

Mundialın daimi favoritləri olan İtaliya və İngiltərə də ilk turda qarşılaşacaq. Portuqaliya millisi isə Lixtenşteyni sınağa çəkəcək. 

AVRO-2024

Seçmə mərhələ

23 mart

H qrupu

19:00 Qazaxıstan - Sloveniya

23:45 Danimarka - Finlandiya

23:45 San Marino - Şimali İrlandiya

C qrupu

23:45 İtaliya - İngiltərə

23:45 Şimali Makedoniya - Malta

J qrupu

23:45 Bosniya və Herseqovina - İslandiya

23:45 Portuqaliya - Lixtenşteyn

23:45 Slovakiya - Lüksemburq

Xəbər xətti