"Barselona" "Monako"nun müdafiəçisini istəyir

14:18 - 23 Mart 2023

"Monako"nun müdafiəçisi Vanderson "Barselona"nın transfer siyahısındadır. 

Sportal.az "Diario Sport"a istinadən xəbər verir ki, kataloniyalılar uzun müddətdir ki, braziliyalını izləyir.

Yaxın vaxtlarda "Barselona"nın transfer şərtlərini müzakirə etmək üçün futbolçunun agentləri ilə görüşəcəyi gözlənilir. 

21 yaşlı futbolçu 2022-ci ildə “Qremio”dan “Monako”ya keçib.

 

Xəbər xətti