"Turan Tovuz"un istədiyi forvard

15:19 - 23 Mart 2023

"Qəbələ"nin hücumçusu Ülvi İsgəndərov yeni mövsümə başqa komandada başlaya bilər.

Sportal.az saytına verilən məlumata görə, forvardın qarşıdakı sezon "Turan Tovuz"da oynamaq ehtimalı var.

25 yaşlı hücumçunun bu komandada oynayıb-oynamayacağı hələ ki, dəqiq deyil. Buna səbəb ona fərqli klublardan da təkliflərin olmasıdır.

Ülvinin hazırkı klubu ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq. "Qəbələ"nin də forvardın müqavilə müddətini artırmaq istəyində olduğu bildirilir.

 

 

Xəbər xətti