Azərbaycan və Avstriya millilərinin Vyanadakı son görüşü: Yalnız bir nəfər qalıb - FOTOLAR

11:12 - 24 Mart 2023

Bu gün Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin ilk görüşünə çıxacaq. Millimizin rəqibi Avstriya yığmasıdır. Bu iki komanda arasında Vyanadakı son görüş 2010-cu il oktyabrın 8-nə təsadüf edir. Həmin vaxtı millimiz AÇ-2012-nin seçmə mərhələsi oyununda avstriyalılara rəqib meydanında 0:3 uduzmuşdu. Maraqlıdır, o dönəmdən bu yana Avstriya və Azərbaycan millisində hələ də oynayan varmı? 13 il keçməsinə rəğmən hər iki milli daxil olmaqla indiyə qədər ölkələrinin bir nömrəli komandasına çağırılan yalnız bir nəfər var. O da Marko Arnautoviçdir. 2010-cu ildəki görüşün 53-cü və 90-cı dəqiqələrdə vurduğu qollarla komandasının 3:0-lıq qələbəsində önəmli pay sahibi olmuş forvard hələ də Avstriya yığmasının aparıcı üzvüdür. 

Budəfəki matç üçün açıqlanan siyahıda da yer alan forvard zədə ucbatından bugünkü matçda meydana çıxa bilməyəcək. Əslində, həmin heyətdən indiyə qədər milliyə cəlb edilənlər bir yana, heç karyerasını davam etdirənlər də çox deyil. 

Sportal.az sizə həmin heyətdə yer alan futbolçulardan karyerasını davam etdirənləri nəzərinizə çatdıracaq.

Ştefan Mayerhofer - "Kresmer"

Təcrübəli hücumçu Azərbaycanla görüşdə start heyətində meydana çıxmışdı. Arnautoviçin millimizə vurduğu ilk qolun assistini etmiş Mayerhofer Avstriya Regional Liqasında iştirak edən "Kremser"də oynayan məşqçi funksiyasını yerinə yetirir.

Yulian Baumqartlinger – "Ausburq"

35 yaşlı futbolçu Azərbaycanla görüşdə cəmi 12 dəqiqə oynaya bilmişdi. O, 78-ci dəqiqədə Zlatko Yunuzoviçin yerinə meydana daxil olmuşdu. Həmin heyətdə yer alan və hazırda da karyerasını davam etdirən tək-tük oyunçulardandır. 

Martin Harnik – "TuS Dassendorf"

Avstriya millisinin uzun illər aparıcı siması olmuş Harnik Vyanada Azərbaycan millisinə qarşı keçirilmiş görüşdə start heyətində yer almışdı. Qol vurmasa da, 3:0 hesablı qələbədə önəmli pay sahibi olan Harnik 55-ci dəqiqədə yerini aktiv futbolçu karyerasını hazırda davam etdirməyən Veli Kavlaka buraxmışdı.

Ervin Hoffer – klubsuz

Vaxtı ilə Avstriya futbolunun ən perspektivli futbolçularından hesab edilmiş Hoffer millimizlə görüşün 59-cu dəqiqəsində Roland Linzin əvəzinə meydana çıxmışdı. “Napoli”, “Ayntraxt”(Frankfurt) klublarında oynamış 35 yaşlı hücumçu həmin matçda Kamran Ağayevin qoruduğu qapıya qol vura bilməmişdi.

Azərbaycan millisində isə həmin görüşdə meydana çıxan futbolçulardan indiyə qədər yığmadakı yerini qoruya bilən oyunçu yoxdur. Amma matçın heyətində yer alanlar arasında karyerasına davam edənlər də az deyil.

Elvin Məmmədov - "Şamaxı"

Vyanadakı matça start heyətində çıxmış Məmmədov 59-cu dəqiqədə yerini Vüqar Nadirova buraxmışdı. 

Rahid Əmirquliyev - "Səbail"

"Səbail"in əsas kapitanı 13 il əvvəl Avstriyaya qarşı keçirilmiş matça start heyətində çıxmış və əvəz edilmədən meydanda olmuşdu. Həmin görüşdə meydanda olmuş cəmi iki futbolçu var ki, indi də aktiv futbolçu karyerasını davam etdirir. Biri Əmirquliyev, digəri Elvin Məmmədovdur.

Vurğun Hüseynov

"Sumqayıt"ın kapitanı da Elvin və Rahiddən fərqli olaraq Avstriyaya qarşı meydana çıxmamışdı. Ancaq onun adı Vyanadakı görüş üçün açıqlanan heyətdə yer almışdı.

Ruslan Abışov

"Zirə"nin təcrübəli futbolçusu da vaxtı ilə millimizin aparıcısı oyunçusu olsa da, Avstriyaya 0:3 uduzduğumuz matçda meydana çıxmamışdı. 

Araz Abdullayev

Araz da adı heyətə daxil edilmiş, ancaq Vyanadakı görüşün iştirakçısı olmamışdı.

Mirbağırağa 

Xəbər xətti