"Hamı bilir ki, mənim arzum "Real"da qalmaqdır"

13:00 - 25 Mart 2023

"Real"ın yarımmüdafiəçisi Luka Modriç iş yerini dəyişmək istəmədiyini bildirib.

Sportal.az xəbər verir ki, İspaniya mətbuatına danışan xorvatiyalı "kral klubu"nda qalacağını bildirib:

"Hamı bilir ki, mənim arzum “Real”da qalmaqdır. İnanıram və ümid edirəm ki, belə də olacaq. Qalan hər şey şayiələr və fərziyyələrdir".

Xatırladaq ki, 37 yaşlı futbolçu 2012-ci ildə “Tottenhem”dən “Real”a keçib.

Xəbər xətti