"Mançester Siti" Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində "Bavariya" ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, "şəhərlilər" bu görüşə ciddi itki ilə çıxacaq. Premyer Liqa klubunun yarımmüdafiəçisi Fil Foden zədə səbəbindən matçı buraxacaq. İngiltərəli futbolçu komandanın oyunöncəsi son məşqində iştirak etməyib.
Qeyd edək ki, "Mançester Siti" - "Bavariya" qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da strt götürəcək.
saytlarin hazirlanmasi