"Napoli" Çempionlar Liqasının 1/4 finalında "Milan"la görüşünə itki ilə çıxacaq.
Sportal.az "La Repubblica"ya istinadən xəbər verir ki, Neapol təmsilçisinin prezidenti Aurelio De Laurentis Viktor Osimhenin zədə səbəbindən "Milan"la ilk oyunda komandasına kömək etməyəcəyini açıqlayıb: "Təəssüf ki, Viktor oynaya bilmir, amma ümid edirik ki, o, ikinci oyun üçün qayıdacaq".
Xatırladaq ki, "Milan" - "Napoli" matçı aprelin 12-də Bakı vaxtı ilə 23:00-da start götürəcək. Aprelin 18-də isə Neapolda tərəflərin cavab matçı baş tutacaq.