"Real"ın baş məşqçisi Karlo Ançelottinin növbəti mövsümdə "Çelsi"ni çalışdıracağı iddia olunur.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis London təmsilçisini ilə Çempionlar liqası 1/4 final mərhələsi oyunundan öncə baş tutan mətbuat konfransında bu məsələ ilə bağlı açıqlama verib. O, "Çelsi"yə qayıdacağının mümkünsüz olduğunu deyib:
"Təəssüf edirəm. Bəli, mən "Çelsi" azarkeşiyəm. Amma geri dönməyim mümkün deyil. Frenk Lempardın orada çox gözəl işlər görəcəyini düşünürəm".
Qeyd edək ki, Karlo Ançelottinin "Real"la müqaviləsi 2024-cü ilin yayına kimidir.
saytlarin hazirlanmasi