"İnter"in hücumçusu Romelu Lukaku Çempionlar Liqasının 1/4 final mərhələsinin “Benfika” üzərindəki (2:0) qələbəsindən sonra komandanın əla nəticə əldə etdiyini bildirib.
Sportal.az “UEFA”ya istinadən xəbər verir ki, belçikalı hücumçu penalti zamanı heç kimə qulaq asmadığını deyib:
"Penaltilər sırf konsentrasiyadır. Mən 11 metrlik zərbəni yerinə yetirəndə heç kimə, hətta komanda yoldaşlarıma belə qulaq asmıram. Ağıllı oynadıq, daha çox qol vurmaq şanslarımız var idi. Amma belə güclü komandaya 2:0 qalib gəlmək əla nəticədir".
Xatırladaq ki, "İnter"in Portuqaliyada Barella və Lukakunun vurduğu qollarla "Benfika"ya səfərdə 2:0 qalib gəlib.
saytlarin hazirlanmasi