"Milan"ın müdafiəçisi Simon Kyaer Çempionlar Liqasının ilk 1/4 final oyununda “Napoli” üzərində qazanılan qələbəni (1:0) şərh edib.
Sportal.az UEFA-ya istinadən xəbər verir ki, danimarkalı futbolçu komandasının yarımfinala adlamaq şanslarını dəyərləndirib:
“Matçın əvvəlində çətin anlar yaşadıq. “Napoli” ikinci dəqiqədə qol vura bilərdi. Sonra birinci və ya ikinci şansdan artıq hesabı açdıq. Amma bu, ən yüksək səviyyədə futboldur. Qarşılaşma müxtəlif seqmentlərdən ibarətdir. Əvvəlcə bir komanda üstünlük qazanır, sonra digəri. Atmosfer sadəcə heyrətamiz idi. Bu gecələr üçün oynayırıq. İlk oyundakı qədər çətin matç bizi səfərdə gözləyir. Yarımfinala adlamaq üçün əlimizdən gələni etməyə çalışacağıq”.
saytlarin hazirlanmasi