"Feyenoord"un sabiq futbolçusu Brayan Linssen Avropa Liqasının 1/4 final mərhələsində Niderland klubu ilə "Roma" arasında keçiriləcək oyundan gözləntilərini bölüşüb.
Sportal.az "Voetbal International"a istinadən xəbər verir ki, hazırda "Urava Red Daymonds" forması geyinən 32 yaşlı futbolçu "canavarlar"ın baş məşqçisi Joze Mourinyoya olan münasibətini də açıqlayıb:
"Sizinlə dürüst olacam. Joze Mourinyoya nifrət edirəm. Birincisi, keçən il Konfrans Liqasının finalında “Roma”ya uduzmuşduq. Rəqibin oyundan sonra sadəcə saqqız çeynədiyini görmək məni qıcıqlandırırdı. Ümid edirəm ki, uşaqlar bu gün həmin məğlubiyyətin qisasını alacaqlar. Hələ də klubu izləyirəm, bu gün gərginəm. Həmişəkindən bir az çox. Bu, mövsümün sonunda klubu tərk edən bütün futbolçuların qisası olmalıdır. Onların avrokuboklarda yoluna davam edib, finalda qalib gəlmələrini istəyirəm".
Ötən mövsüm bu iki komanda Konfrans Liqasının finalında üz-üzə gəlmiş və "Roma" rəqibinə qalib gələrək kuboka sahib çıxmışdı.
saytlarin hazirlanmasi